Gəncədə 15 yaşlı oğlanı həmyaşıdı qətlə yetirildi - YENİLƏNDİ

Gəncədə 15 yaşlı oğlanı həmyaşıdı qətlə yetirildi - YENİLƏNDİ
KRİMİNAL 19 Avqust 2025 22:38

əncədə bıçaqlanma hadisəsi baş verib.

 

Sitat.info axar.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

2010-cu il təvəllüdlü Tunar Məmmədov bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.

Əməliyyat edilən T.Məmmədovun vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma başlanılıb.

***

Həkimlərin səyinə baxmayaraq yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.