Berdiməhəmmədov Füzuliyə getdi

Berdiməhəmmədov Füzuliyə getdi
SİYASƏT 17 İyul 2025 11:16

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Füzuli rayonuna gedib.

Sitat.info  xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı.

Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Xalq Məsləhətinin sədrinə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verildi.