17 yaşlı oğlan ailəsinin 4 üzvünü güllələyərək öldürdü

17 yaşlı oğlan ailəsinin 4 üzvünü güllələyərək öldürdü
KRİMİNAL 31 Yanvar 2025 09:24

İstanbulun Eyüpsultan rayonundakı evlərin birində eyni ailədən olan 4 nəfər güllələnib.

Sitat.info xəbər verir ki, hadisə ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində ailənin 17 yaşlı oğlu Bursada saxlanılıb.

Şübhəli atasını, anasını, bacısını və nənəsini öldürdüyünü etiraf edib.

Aparılan yoxlamalar zamanı 71 yaşlı nənə Fatma İncə, 43 yaşlı ata Mehmet Yenigün, 42 yaşlı ana Aysun Yenigün və 12 yaşlı kiçik bacısı Zilan Yenigünün güllələnərək öldürüldüyü müəyyən edilib.

Hadisəni törədən ailənin 17 yaşlı oğlu B.Y. hadisədən sonra evdən qaçıb.