Rusiyada ata 4 azyaşlı uşağını qətlə yetirib

Rusiyada ata 4 azyaşlı uşağını qətlə yetirib
KRİMİNAL 28 Dekabr 2024 11:21

Rusiyanın Tver vilayətində 4 uşaq qətlə yetirilib.

Sitat.info xəbər verir ki, hadisə “Mejurka” bağ massivində baş verib.

Massivdə yerləşən şəxsi evdə 1 yaşdan 7 yaşa qədər uşaqların meyiti tapılıb. İlkin məlumatlara görə, uşaqları atası qətlə yetirib.

Qətldən sonra o, intihara cəhd etsə də, sağ qalıb. Kişi xəstəxanaya aparılıb. Hazırda hadisə yerində müstəntiqlər işləyir.

Faktla bağlı iki və daha çox şəxsi qətlə yetirmək maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.