Azərbaycan bizim üçün böyük əhəmiyyət daşıyır - Orban

Azərbaycan bizim üçün böyük əhəmiyyət daşıyır - Orban
SİYASƏT 23 Dekabr 2024 20:01

 

Azərbaycan Macarıstan üçün böyük əhəmiyyət daşıyır.

Sitat.info xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orbanın Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda bildirib.

"Mən şadam ki, əlaqələrimiz ötən illər ərzində möhkəmlənməkdə davam edib və müstəsna əhəmiyyət kəsb edən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib", - Orban qeyd edib.