Millimiz Portuqaliyaya böyük hesabla uduzdu

Millimiz Portuqaliyaya böyük hesabla uduzdu
İdman 09 Oktyabr 2024 21:29

Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb.

Sitat.info xəbər verir ki, 1/8 finalda Portuqaliya ilə qarşılaşan Sahib Məmmədovun baş məşqçisi olduğu komanda 5:13 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz mərhələnin A qrupunda İngiltərə (4:0) və Gürcüstandan (7:2) üstün olub, İspaniyaya (0:7) uduzub.