Zelenski “müharibəni bitirmə planını” çantasına qoyub ABŞ-a gedir

Zelenski “müharibəni bitirmə planını” çantasına qoyub  ABŞ-a gedir
SİYASƏT 27 Avqust 2024 17:04

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydenə və prezidentliyə namizədlər Kamala Harris və Donald Trampa Rusiya ilə müharibəyə necə son qoyacağına dair plan təqdim etməyi planlaşdırdığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında bu haqda danışıb. 

O deyib ki, sözügedən plana diplomatik və iqtisadi sahədə atılacaq addımlar, eləcə də Rusiyanın Kursk bölgəsində Ukrayna əməliyyatı daxildir.

Nigar,

Sitat.info