Hacı Əliyev Olimpiadaya qələbə ilə başladı

Hacı Əliyev Olimpiadaya qələbə ilə başladı
İdman 10 Avqust 2024 14:29

Azərbaycan güləşçisi Hacı Əliyev Paris-2024  Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“Sitat.info” xəbər verir ki, o, 1/8 finalda meksikalı Ostin Qomeslə üz-üzə gəlib. 

3 qat dünya, 4 qat Avropa çempionumuz bu görüşdə 7:0 hesablı qələbə qazanıb.

H.Əliyev 1/4 finalda Macarıstan təmsilçisi İsmail Muszukayevlə mübarizə aparacaq.