Azərbaycanın basketbol millisi Ermənistanı məğlub edib

Azərbaycanın basketbol millisi Ermənistanı məğlub edib
İdman 08 İyun 2024 13:08

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsinə qələbə ilə start verib.

Sitat.info  xəbər verir ki, yığma ilk matçında Ermənistan seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:9 hesabı ilə üstələyib.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Kosovo və Kiprlə də üz-üzə gələcək. Qadınlardan ibarət yığma isə Malta və Lüksemburqu sınağa çəkəcək.