NATO Baş Katibinin Azərbaycana səfəri: Bölgədə Rusiyanın nüfuzunun zəifləməsindən sonra....

NATO Baş Katibinin Azərbaycana səfəri: Bölgədə Rusiyanın nüfuzunun zəifləməsindən sonra....
TƏHLİL 18 Mart 2024 13:23

"İndiki qarışıq dünyada NATO Baş Katibinin regiona, Azərbaycana səfəri ciddi hadisədir. Səfərə ölkəmizdən başlaması, ən sıx görüş qrafikinin Azərbaycanda olması məmləkətimizin bölgənin "açarı" olduğunu sübut edir".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki,   Cənubi Qafqazın hər 3 respublikası nə vaxtsa üzv olacaqlarsa yalnız bir yerdə AB, və ya NATO-ya üzv olacaqlar, ayrı-ayrılıqda hansısa ölkənin bu qurumlar üçün həyati əhəmiyyəti yoxdur: "Ona görə də, hər 3 ölkə Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi üçün birgə çalışmalıdır".

N.Cəfərli hesab edir ki, məhz Azərbaycanın son 4 ildə atdığı addımlar bölgədə Rusiyanın ciddi zəifləməsinə səbəb olub ki, bunu da, bizdəki bəzi marginallardan fərqli olaraq, Qərb institutları çox yaxşı anlayır: "Hər 3 ölkə üçün ilk hədəf Kremlin təsirlərini minimuma endirməkdir, sonra daha asan olacaq. Bölgəmizdə Moskvadan ən çox asılı olan ölkə Ermənistandır, əvvəl onları dartıb-çıxartmağa çalışırlar - Qərbin bəzi dairələrinin "ermənipərəstliyinə" emosional deyil, sırf praqmatik baxmaq, bu kontekstə dəyərləndirmək lazımdır...".

Seymur,

Sitat.info

Digər XƏBƏRLƏR