I və III qrupların altqruplarını seçənlər bu fənlərdən imtahan verəcək

I və III qrupların altqruplarını seçənlər bu fənlərdən  imtahan verəcək
TƏHSİL 05 Fevral 2024 14:45

Məlum olduğu kimi, 11 fevral 2024-cü il tarixində I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupı üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər müvafiq olaraq informatika və coğrafiya fənni üzrə əlavə imtahan verəcəklər.

DİM-dən Sitat.info-ya verilən xəbərə görə, həmin abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.