Bakı və İrəvanın gizli ərazi iddiası... - Paşinyan

Bakı və İrəvanın gizli ərazi iddiası... - Paşinyan
SİYASƏT 20 Yanvar 2024 14:45

Ermənistan və Azərbaycan qarşılıqlı olaraq biri-birinə qarşı ərazi iddialarının olmadığına dair təminat istəyirlər.

Sitat.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Mülki Müdafiə” Partiyasının fəalları ilə görüşdə bildirib.

“Biz Azərbaycandan, Azərbaycan isə bizdən biri-birimizə qarşı gizli ərazi iddiası olmadığına dair əlavə təminat istəyirik”, - o qeyd edib.

N.Paşinyanın sözlərinə görə, bu, elə bir iş prosesidir ki, məsələyə belə yanaşmaq lazımdır.