Qazaxıstanda Azərbaycan və Türkiyə səfirləri arasında görüş olub

Qazaxıstanda Azərbaycan və Türkiyə səfirləri arasında görüş olub
SİYASƏT 03 Aprel 2023 23:38

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və Qazaxıstana yeni təyin olunmuş türkiyəli həmkarı arasında görüş olub.

Sitat.info xəbər verir ki, bu barədə azərbaycanlı diplomat tviterdə bildirib.

“Bu gün dost və müttəfiq, qardaş Türkiyənin yeni təyin olunmuş səfiri cənab Mustafa Kapucu ilə Azərbaycan səfirliyində səmimi və əhatəli fikir mübadiləsi apardıq”, - səfir sosial şəbəkədə qeyd edib.