Azərbaycanda oynayan futbolçu Afrika Millətlər Kubokunun matçlarına dəvət alıb

Azərbaycanda oynayan futbolçu Afrika Millətlər Kubokunun matçlarına dəvət alıb
İdman 14 Mart 2023 20:26

"Turan Tovuz"un futbolçusu Siyanda Xulu Cənubi Afrika Respublikası millisinə dəvət alıb.

Klubdan "Report"a verilən məlumata görə, 32 yaşlı müdafiəçi Liberiya ilə keçiriləcək Afrika Millətlər Kubokunun təsnifat mərhələsinin oyunları üçün yığmaya cəlb olunub.

Qarşılaşmalar müvafiq olaraq, martın 24-ü və 28-də baş tutacaq.