Türkiyə ilə Ermənistan arasında birbaşa hava karqo daşınmaları başlayır

Türkiyə ilə Ermənistan arasında birbaşa  hava karqo daşınmaları  başlayır
Özəl 06 Yanvar 2023 17:27

Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlar nəticəsində birbaşa hava yüklərinin daşınmasında maneələr aradan qaldırılıb.  

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə ilə Ermənistan arasında birbaşa hava yük ticarəti başlayır. 

Diplomatik mənbələrdən verilən məlumatda, normallaşma prosesi üçün iki ölkənin xüsusi nümayəndələri arasında aparılan danışıqlar nəticəsində 2023-cü il yanvarın 1-dən etibarən Türkiyə ilə Ermənistan arasında birbaşa hava yük ticarətinin mümkün olduğu bildirilib.

Mənbələr bildiriblər ki, bu məsələ Türkiyə Ticarət Nazirliyi tərəfindən Türkiyə ixracatçı birliklərinə elan edilib.

Seymur,

Sitat.info