"Tavan qiymətiniz bizim hazırda nefti satdığımız qiymətlə eynidir" - Putindən kinayəli sözlər...

\"Tavan qiymətiniz  bizim hazırda nefti satdığımız qiymətlə eynidir\" - Putindən kinayəli sözlər...
Özəl 09 Dekabr 2022 19:24

Rusiya prezidenti Putin Qərbə mesaj verib.

Sitat.info xəbər verir ki, Rusiya prezidenti neftin tavan qiyməti məsələsinin ölkəsinin gəlirlərinə təsir etməyəcəyini vurğulayıb: "Neftə tətbiq edilən tavan qiyməti neftimizi satdığımız qiymət səviyyəsindədir, biz bundan təsirlənməyəcəyik".

Zamex.az - da yeni fürsətlər....

 

"Məsələnin (Ukrayna) həlli prosesi sadə olmayacaq və vaxt aparacaq. Bu  prosesin bütün iştirakçıları faktları yerində qəbul etməli olacaqlar", - Putin bildirib.  

Rusiya ilə ABŞ kəşfiyyat birlikləri arasında təmasların davam etdiyini qeyd edən Putin, yeni məhbus mübadiləsi ehtimalı üçün "Hər şey mümkündür"-deyib. 

Hülya,

Sitat.info