Gimnastlarımız beynəlxalq turnirdə qızıl medal qazandı

Gimnastlarımız beynəlxalq turnirdə qızıl medal qazandı
İdman 31 Oktyabr 2022 21:03

Azərbaycan gimnastları Nicat Mirzəyev və Ammar Baxşaliyev Latviyada keçirilən batut gimnastikası üzrə “Latvian Cup” beynəlxalq turnirində qızıl medal qazanıblar.

Sitat.info xəbər verir ki, bu haqda Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, milli komandanın üzvləri fərdi proqramda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.