İş və istirahət günlərinin yeri dəyişdirildi - Qərar

İş və istirahət günlərinin yeri dəyişdirildi - Qərar
SOSİAL 18 Oktyabr 2022 18:44

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla 2022-ci il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.

Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır.