Vaksinasiya ilə bağlı son vəziyyət

Vaksinasiya ilə bağlı son vəziyyət
SOSİAL 20 Sentyabr 2022 16:58

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1190 vaksin vurulub.

“Sitat.info” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 248, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 212,  üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 648, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 82 nəfərdir.